01.11.2018 tarixindən etibarən MONEX TPK sistemi “MasterCard” Beynəlxalq kart
təşkilatı ilə birlikdə “Monex Card” layihəsinə start verilib. "MONEX Card" haqqında qısa məlumat: "Monex Card" “MasterCard” Beynəlxalq kart
təşkilatı ilə MONEX Ödəniş Sistemləri və Təcili Pul Köçürmələri sisteminin
təqdim etdiyi yeni bir xidmətdir.Bu layihədə MONEX TPK sistem
istifadəçiləri “Monex
Card” lara mədaxil fuksiyasını həyata keçirirlər. “Monex Card” -ı müştərilər MuğanBankın istənilən filial və ya şöbələrindən pulsuz
olaraq əldə edə bilərlər. "Monex Card" harada və necə istifadə oluna bilər: ·
Ölkə daxili istənilən ATM və POS Cash terminallarından nağdlaşdırma: 1- MuğanBanka məxsus ATM
və POS Cash terminallarından heç bir xidmət haqqı tutulmadan nağdlaşdırma. 2- Digər bankların ATM
və POS Cash terminallarından bankların tariflərinə uyğun olaraq komissiya
tutularaq nağdlaşdırma. ·
Nağdlaşdırma ilə yanaşı "Monex Card"-dan internet vasitəsi ilə
ödənişlər, o cümlədən pul köçürmələri etmək mümkündür. ·
"Monex Card" sahibləri
MuğanBankın mobil aplikasiyasından istifadə edə biləcəklər Müştərilər MONEX TPK sisteminin
ölkədaxili 550-dən çox məntəqələrinə yaxınlaşaraq “MONEX Card”-a mədaxil
edə bilərlər.Tariflər aşağıdakı kimi hesablanacaq: 1- Minimum 2 AZN 2- Komissiya 1%