“MONEX” təcili pul köçürmə sistemi fəaliyyətini
genişləndirməkdə davam edir. Belə ki, Tükiyə və Ukrayna İstiqamətində “MONEX” Təcili
pul köçürmə sistemi vasitəsilə artıq 1.3% (minimum 3 USD/EUR) pul vəsaiti göndərmək
mümkündür. Xatırladaq ki, 2011-ci ildə “Muğanbank”
ASC tərəfindən yaradılmış “MONEX” sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o
cümlədən Azərpoçtun filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu
sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə
edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə
bilər. Təcili Pul Köçürmələrindən əlavə “MONEX” sistemində Kütləvi Ödənişlər,
IBAN hesaba köçürmələr, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə
pul köçürməsi xidmətləri mövcuddur. Xidmət və tariflər ilə bağlı ətraflı məlumatı
www.monexmt.az saytından əldə etmək mümkündür.