loading

Monex Money Transfer System

TƏCİLİ PUL KÖÇÜRMƏ SİSTEMİ

MƏSAFƏLƏRİ QISALDIRIQ

   

Xəbərlər

“MONEX” sistemi ilə Azərbaycandan Ukraynaya təcili pul köçürmələri mümkündür.

“MONEX” təcili pul köçürmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir. Belə ki, artıq “MONEX” təcili pul köçürmə sistemi vasitəsi ilə Azərbaycandan Ukraynaya təcili pul köçürmələrini göndərmək mümkündür. Qeyd edək ki, ən qısa zamanda Ukraynadan Azərbaycanada pul köçürmələri aktivləşdiriləcəkdir.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi ölkədə fəaliyyət göstərən 24 bankda müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili Pul Köçürmələrindən əlavə “MONEX” sistemində Kütləvi Ödənişlər, IBAN hesaba köçürmələr, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur. Xidmət və tariflər ilə bağlı ətraflı məlumatı www.monexmt.az saytından əldə etmək mümkündür.