loading

Monex Money Transfer System

TƏCİLİ PUL KÖÇÜRMƏ SİSTEMİ

MƏSAFƏLƏRİ QISALDIRIQ

   

Xəbərlər

“MONEX” Sistemi www.from.ae internet mağazası ilə əməkdaşlığa başladı.

“MONEX” Sistemi fəaliyyətini genişləndirməkdə davam edir.

Belə ki, www.from.ae online mağazasının müştəriləri şəxsi məqsədlər üçün aldıqları məhsulların dəyərini “MONEX” sistemi vasitəsilə nağd şəkildə ödəyə biləcək.

Bunun üçün, müştəri www.from.ae saytından aldığı məhsul üzrə ödəniş üsulu olaraq  “MONEX” sistemi ilə ödənişi seçdikdən sonra sayt tərəfindən müştəriyə sifariş nömrəsi təqdim edilir. Müştəri banka yaxınlaşaraq, həmin sifariş nömrəsini və şəxsiyyət vəsiqəsini bankın əməkdaşına təqdim edərək ödənişi həyata keçirə bilər. Qeyd edək ki, müştəridən bank tərəfindən əlavə heç bir xidmət haqqı tutulmur.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” Sistemi ölkədə fəaliyyət göstərən 24 bank o cümlədən Azərpoçtun filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili Pul Köçürmələrindən əlavə “MONEX” Sistemində Kütləvi Ödənişlər, IBAN hesaba köçürmələr, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur. Xidmətlər və tariflər ilə bağlı ətraflı məlumatı www.monexmt.az saytından əldə etmək mümkündür.